Xəbərlər

  • 3 852

Şəhriyar Məmmədyarov Sergey Karyakin ilə heç-heçə edib

image

Martın 19-da Berlində keçirilən şahmat üzrə iddiaçılar turnirində ikinci dövrəyə start verilib. SİA-nın məlumatına görə, turnirin səkkizinci turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakin ilə üz-üzə gəlib. Şahmatçılar 30-cu gedişdə sülh bağlayıblar və hərəyə 0,5 xalla kifayətlənməli olublar. Bu oyundan sonra Azərbaycan şahmatçısı xallarının sayını 5-ə çatdırıb.Tur çərçivəsində bir görüş istisna olmaqla bütün qarşılaşmalar heç-heçə başa çatıb. ABŞ təmsilçisi Uesli So həmyerlisi, turnirin lideri Fabiano Karuana ilə xalları yarı bölüb. Din Lijen (Çin) - Levon Aronyan (Ermənistan) qarşılaşmasında da qalib müəyyənləşməyib.Günün sonuncu başa çatan qarşılaşması Rusiya təmsilçiləri Aleksandr Qrişuk ilə Vladimir Kramnik arasında oynanılıb. Gərgin keçən partiyanın 91-ci dəqiqəsində A.Qrişuk şahmat taxtasından qalib ayrılıb.Beləliklə, 8 turdan sonra Fabiano Karuana turnirdə liderliyini davam etdirir. Onun 5,5 xalı var. Liderdən yarım xal geri qalan Şəhriyar Məmmədyarov ikinci pillədəki mövqeyini qoruyub. A.Qrişuk səkkizinci turda qələbə sayəsində xallarının sayını 4,5-ə çatdıraraq üçüncü pilləyə yüksəlib.İddiaçılar turnirinə martın 28-də yekun vurulacaq. Turnirin mükafat fondu 420 min avrodur.

sia.az

Digər xəbərlər