Fərid İslamov: "Qaliblərlə mübarizə aparmaq mənim üçün çox çətin oldu"

"Simulyatorda Formula 1 çempionatının region mərhələlərinin qalibləri ilə mübarizə aparmaq mənim üçün çox çətin oldu. Qubada keçirilən ilk yarışda bu qədər həyəcan və çətinlik yaşamamışdım". SİA-nın məlumatına görə, bu sözləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkil etdiyi “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula 1 çempionatının qalibi Quba şəhər 7 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Fərid İslamov deyib.Qubalı məktəbli bildirib ki, final yarışından əvvəl keçirilmiş sınaq yürüşlərində iştirak edərək çempionatın həlledici mərhələsinə ciddi hazırlaşdım. Rəqiblərimi qabaqlayaraq regionların çempionu adını qazandığım üçün çox sevincliyəm. “Bu çempionat mənə çox şey qazandırdı. Həm yol hərəkəti qaydaları haqqında məlumatlandırdı, həm də avtoidmana, xüsusən də Formula 1-ə böyük maraq və həvəs oyatdı. Bundan başqa, yarışdan bir gün əvvəl Bakıda bir sıra görməli yerlərdə, o cümlədən İçərişəhərdə və Heydər Əliyev Mərkəzində olduq, paytaxtımızı daha yaxından tanıdıq. Fürsətdən istifadə edərək bizə bu gözəllikləri yaşatdıqları üçün təşkilatçılara dərin minnətdarlığımı bildirirəm”, - deyə F.İslamov əlavə edib.

sia.az