Xəbərlər

  • 3 971

Beynəlxalq müşahidəçilər YAP Gəncə şəhər təşkilatında olublar

image

ATƏT DTİHB-in Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə müşahidə missiyasının uzunmüddətli müşahidəçiləri xanım Katarina Apel və Valentin Vizant Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında olublar.

Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev və YAP Gəncə şəhər təşkilatının sədr müavini, deputat Pərvin Kərimzadə iştirak ediblər.
Görüş zamanı Yeni Azərbaycan Partiyasının aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən bəhs edilib, seçkilərin ədalətli və şəffaf keçiriləcəyinə əminlik ifadə edilib. Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsinin təşviqat kampaniyasına uğurla qoşulduğu və fəaliyyət planına uyğun olaraq təşviqat görüşləri keçirdiyi bildirilib.
ATƏT DTİHB-in Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə müşahidə missiyasının uzunmüddətli müşahidəçiləri xanım Katarina Apel və Valentin Vizant görüşdən məmnun qaldıqlarını söyləyiblər.

yap.org.az

Digər xəbərlər