Xəbərlər

  • 3 032

Qazaxıstan MSK-nın sədri: Azərbaycanda prezident seçkilərinə hazırlıq işləri yüksək səviyyədə görülüb

image

Aprelin 10-da Qazaxıstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Berik İmaşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Mərkəzi Seçki Komissiyasında olub.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdə Berik İmaşev 11 aprel prezident seçkilərində müşahidəçi qismində iştirak edəcək nümayəndə heyətinin tərkibi barədə məlumat verib. O bildirib ki, təmsil etdiyi nümayəndə heyətinin üzvləri bu sahədə peşəkarlardan ibarətdir. Bundan əvvəl Rusiyada prezident seçkilərini müşahidə etdiklərini diqqətə çatdıran qonaq ölkəmizdə seçkilərə hazırlıq prosesi ilə tanış olduqlarını bildirib. O deyib ki, Azərbaycanda prezident seçkilərinə hazırlıq işləri yüksək səviyyədə görülüb. Qazaxıstan MSK-nın sədri müşahidəçilərin seçkilərin nəticələrinə obyektiv rəy verəcəklərini söyləyib.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 11 aprel prezident seçkilərinin şəffaf, ədaləti şəkildə keçiriləcəyinə əminliyini ifadə edib, bu istiqamətdə görülən işlər barədə ətrafı məlumat verib. O, prezidentliyə namizədlər üçün təbliğat-təşviqat dövründə bərabər şərait yaradıldığını, bununla bağlı heç bir problemin yaşanmadığını vurğulayıb. Məzahir Pənahov qeyd edib ki, hər bir şəxs səsvermə prosesini MSK-nın veb-saytından onlayn formada heç bir məhdudiyyət olmadan izləyə bilər. MSK sədri seçkiləri izləyəcək beynəlxalq və yerli müşahidəçilər, KİV-lər barədə də məlumat verib.

Digər xəbərlər