Xəbərlər

  • 4 482

"Russian Times" komandasının pilotu: Bakıda olan trassa başqa ölkələrdə rast gəlmək mümkün deyil

image

Bakıda olan trassa başqa ölkələrdə rast gəlmək mümkün deyil.
Bunu "Moskva-Baku"ya müsahibəsində "Formula 2"nin "Russian Time" komandasının pilotu, "Formula 1"in test-pilotu Artyom Markelov deyib.
"Ən birinci yarışdan buradayam, iştirak etmək üçün üçündü dəfə gəlirəm. Deyərdim ki, hər şey iki il əvvəl olduğu kimi yüksək səviyyədədir. Təşkilatçılar trassı tez və keyfiyyətli təşkil etməyi bacarırlar", - deyə Markelov bildirib.
Onun sözlərinə görə, Bakı trassı başqalarından özünün ab-havası və sürətli döngələri ilə fərqlənir: "İçərişəhərdə döngələr kifayət qədər dardır, özünəməxsusdur. Belələrinə başqa ölkələrdə rast gəlmək mümkün deyil. Lakin onlara artıq öyrəşmişik, trassdan nə gözləmək lazım olduğunu bilirik".

yap.org.az

Digər xəbərlər