Xəbərlər

  • 3 943

Millimiz Portuqaliya yığması ilə qarşılaşacaq

image

Mayın 23-də qadın voleybol komandaları arasında Qızıl Avropa Liqasında II turun oyunları keçiriləcək. “A” qrupunda yer alan Azərbaycan yığması Portuqaliya millisini qəbul edəcək. SİA-nın məlumatına görə, Azərbaycan Voleybol Mərkəzində keçiriləcək görüş saat 18:00-da start götürəcək. Oyunu Saadettin Deneri (Türkiyə) və Fikrət Axundov (Azərbaycan) idarə edəcəklər.Qrupumuzun digər görüşündə isə Bolqarıstan və Ukrayna yığmaları bir-birini sınağa çəkəcək.Qeyd edək ki, ilk turda Azərbaycan Ukraynaya 3:1, Bolqarıstan Portuqaliyaya 3:0 hesabı ilə qalib gəlib.

sia.az

Digər xəbərlər