Xəbərlər

  • 4 364

YDÇ-2018: İlk gündə güləşçilərimiz 3 medal qazanıb

image

Xəbər verdiyimiz kimi, Xorvatiyanın Zaqreb şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı start götürüb. SİA-nın məlumatına görə, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıb. Güləşçilərimiz ilk yarış gününü 2 qızıl və 1 bürünc medalla başa vurub.

İlk gündə mübarizə aparan güləşçilərimizdən dördü yarımfinala yüksəlib. Yarımfinal görüşlərini qələbə ilə başa vuran Əlihəsən Əmirli (48 kq) və Turan Bayramov (65 kq) finala vəsiqə qazanıb. Final görüşlərini də qalib başa vuran hər iki güləşçimiz çempionatın qızıl medalını qazanıb.
Təsəlliverici görüşdə qələbə qazanan Əbülfəz Nəsirov (55 kq) bürünc medal qarşılaşmasına haqq qazanıb. Gürcüstan idmançısına da qalib gələn güləşçimiz çempionatın bürünc medalına sahib olub.
Yarımfinalda uduzan Saqadulla Ağayev (80 kq) və İslam Abuyev (110 kq) bürünc medal görüşünə haqq qazansa da bu imkandan yararlana bilməyib. Hər iki güləşçimiz çempionatı 5-ci sırada tamamlayıb.

sia.az

Digər xəbərlər