"DÇ-2018"də yarımfinalın ilk hakim təyinatları açıqlanıb

"DÇ-2018"in yarımfinal mərhələsinin ilk hakim təyinatları açıqlanıb. SİA-nın məlumatına görə, Fransa - Belçika matçını uruqvaylı hakimlər birqadası idarə edəcək.Görüşün baş hakimi Andres Kunya olacaq. Ona həmyerliləri Nikolas Taran və Maurisio Espinoza kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi funksiyasını meksikalı Sezar Ramos yerinə yetirəcək.Qeyd edək ki, sabah keçiriləcək Fransa - Belçika oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

sia.az