Xəbərlər

  • 4 698

Yığmamız bu gün yoldaşlıq oyunu keçirəcək

image

17 yaşadək futbolçulardan ibarət Azərbaycan və İran yığma komandaları arasında bu gün növbəti yoldaşlıq oyunu keçiriləcək. SİA-nın məlumatına görə, Bakı Olimpiya Stadionunun məşq meydançasında keçiriləcək və CBC Sport televiziya kanalında canlı yayımlanacaq oyunu Orxan Məmmədov idarə edəcək. Ona Rza Məmmədov və Mübariz Haşımov kömək edəcək. Dördüncü hakim funksiyasını Ziya Nəsirov yerinə yetirəcək.Qeyd edək ki, bu komandalar arasında iyulun 7-də keçirilmiş yoldaşlıq oyunu İran yığmasının 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

sia.az

Digər xəbərlər