Bu gün ÇL-də daha 8 görüş keçiriləcək

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq. SİA-nın məlumatına görə, ikinci oyun günündə daha 8 görüş keçiriləcək. Oynanılan qarşılaşmalar arasında azərbaycanlı futbolsevərlər üçün daha çox “Qarabağ”ın çıxışı maraq doğurur. Azərbaycan çempionu Sloveniyada bu ölkənin çempionu “Olimpiya”nın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Çempionlar Liqası I təsnifat mərhələsi

İlk oyunlar

10 iyul

18:00. “Astana” (Qazaxıstan) - “Sutyeska” (Monteneqro)

20:00. “Spartaks” (Latviya) - “Srvena Zvezda” (Serbiya)

20:00. “Suduva” (Litva) - APOEL (Kipr)

20:00. “Trnava” (Slovakiya) - “Zrinjski” (Bosniya və Hersoqovina)

21:00. “Kukesi” (Albaniya) - “Valletta” (Malta)

21:00. “Ludoqorets” (Bolqarıstan) - “Krusaders” (Şimali İrlandiya)

22:00. “Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan)

23:00. “Valur” (İslandiya) - “Rusenborq” (Norveç)

sia.az