Xəbərlər

  • 5 228

"Mançester Yunayted"də 10 nömrəli formanı Markus Reşford geyinəcək

image

"Mançester Yunayted"də 10 nömrəli formanın yeni sahibi müəyyənləşib. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş məşqçisi Joze Mourinyo məlumat verib.O, son olaraq klubun sabiq futbolçusu Zlatan İbrahimoviçin geyindiyi bu forma ilə Markus Reşfordun çıxış edəcəyini bildirib: "Markus həmişə bu formanı geyinmək istəyirdi. Təbii ki, indiyə qədər Runi, İbrahimoviç kimi böyük oyunçuların geyindiyi bu formanı gözləyib. İndi isə 10 nömrəli forma sahibsizdir və Reşford bu fürsəti əldə etdi. Onun üçün bunun möhtəşəm olduğunu bilirəm".Qeyd edək ki, bununla da M.Reşford Devid Bekhemdən sonra 10 nömrəli formanı geyinən "Mançester Yunayted" yetirməsi olan ikinci oyunçu olacaq.

sia.az

Digər xəbərlər