Xəbərlər

  • 3 847

Əli Həsənov KXDR-nın yeni səfiri ilə görüşüb

image

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Həsənov Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Hen Cun ilə partiyanın mənzil-qərargahında görüşüb.

SİA-nın verdiyi məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri haqqında ətraflı fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin, Yeni Azərbaycan Partiyası ilə Koreya Əmək Partiyası arasında əlaqələrin yaradılması və inkişaf perspektivlərindən bəhs edilib. Qeyd olunub ki, partiyalar arasında münasibətlər eyni zamanda xalqlar və ölkələrimiz arasında da əlaqələrin inkişafına öz müsbət töhfəsini verəcək. YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, MM-in deputatı Sevinc Fətəliyeva görüşdə iştirak edib.

Digər xəbərlər