Karate üzrə “Baku Open” turniri keçiriləcək

Sentyabrın 28-30-da Azərbaycanda karate üzrə ənənəvi “Baku Open” turniri keçiriləcək. SİA-nın məlumatına görə, doqquzuncu dəfə təşkil ediləcək yarış keçmiş Sovet Sosialist Respublikaları İttifaqında karatenin 40 illik yubileyinə həsr olunur.Turnirdə keçmiş SSRİ-nin müxtəlif respublikalarından tanınmış veteran karate ustaları iştirak edəcəklər.Bakı İdman Sarayında təşkil edəcək yarışda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar mübarizə aparacaqlar.Turnirin açılış mərasiminin sentyabrın 29-da keçirilməsi nəzərdə tutulur.

sia.az