Xəbərlər

  • 2 735

Daha bir futbolçu Xorvatiya millisindən getdi

image

Fransanın "Monaco" klubunun qapıçısı Daniel Subaşiç futbol üzrə Xorvatiya milli komandası ilə vidalaşıb. SİA-nınməlumatına görə, bu barədə 34 yaşlı qolkiperin özü şəxsi "İnstagram"ında yazıb. O, 2009-cu ildən çıxış etdiyi yığmanı tərk etmək qərarını çoxdan qəbul etdiyini bildirib: "Hələ dünya çempionatının ardından ayrılmaq istəyirdim. Nə qədər oynayacağını hər kəsin özü müəyyənləşdirir. Bəlkə də, daha bir yarışda çıxış edə bilərdim. Lakin mən gənclərin də özlərini göstərmə şansı qazanmalarını istədim. Onlar Xorvatiya yığmasının gələcəyidirlər".Qeyd edək ki, Daniel Subaşiç yığmada 44 oyun keçirib. Daha əvvəl Rusiya "Lokomotiv"inin müdafiəçisi Vedran Çorluka və İtaliya "Juventus"unun hücumçusu Mario Mancukiç də Xorvatiya millisi ilə vidalaşıb.

sia.az

Digər xəbərlər