Xəbərlər

  • 3 500

Dünya Köçəri Oyunlarında sumo yarışlarının açılış mərasimi keçirilib

image

Qırğızıstanda İssık-Kul gölünün sahillərində təşkil edilən III Dünya Köçəri Oyunları davam edir. SİA-nın məlumatına görə, Baktuu-Dolonotu kəndindəki cıdır meydanında suma yarışlarının açılış mərasimi keçirilib.Qırğızıstanın Gənclər, Bədən Tərbiyəsi və İdman Məsələləri üzrə Dövlət Agentliyinin direktor müavini Kanatbek Arpaçiyev bildirib ki, bu yarışlarda dünyanın 20 ölkəsindən 20 idmançı iştirak edir. Onun sözlərinə görə, sumo yarışlarında Azərbaycan, Macarıstan, Özbəkistan, ABŞ, Ukrayna, Rusiya, Pakistan, Monqolstan, Hindistan, Qazaxıstan, Avstraliya, Qırğızıstan, Modova, Yaponiya və digər ölkələr təmsil olunur.İssık-Kul gölünün ətrafındakı günəşli hava sumoçuların açıq havada mübarizə aprmalarına əlverişli şərait yaradır.Qırğızıstanın Sumo Federasiyasının prezidenti Aybek Çekoşev qeyd edib ki, ölkələrində sözügedən idman növünə geniş diqqət ayrılmağa başlanılıb.

sia.az

Digər xəbərlər