Xəbərlər

  • 3 178

Seymur Orucov: “Biz sözümüzün üstündə duran dövlətik”

image

“Ümumiyyətlə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin beynəlxalq səviyyədə tanınması, eləcə də beynəlxalq səfərlərdə bir tərəf kimi Azərbaycanın əhalisinə, ərazisinə baxdıqda biz dünya dövlətlərinin arasında kiçik olsaq da, özünü qəbuletdirmə və yaxud da stabillik, böyük layihələrin icrası, etibarlı tərəfdaş mövqeyi kimi ölkə başçımızın aparmış olduğu siyasət bu gün bir çox iri dövlətlərin apardığı siyasətdən daha üstündür”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Cənubi Qafqaz anlayışından çıxıb: “Azərbaycan artıq Avropanın bir parçası olub. Azərbaycan Prezidentinin öz şəxsi çəkisi, həyata keçirmiş olduğu layihələr - Bakı-Tbilisi-Qars, TANAP, İtaliya prezidentinin Azərbaycana səfəri və s. hamısı ondan xəbər verir ki, ölkəmiz dünyada həm etibarlı tərəfdaş kimi, həm də söz verib arxasında dayanan bir dövlətə çevrilib. Təbii ki, bütün bunları da cənab Prezident edib. İlham Əliyev Azərbaycanı dünyaya həm iqtisadi layihələrlə birlikdə, həm də hümanitar çağırışlarla tanıdan bir Prezidentə çevrilib. Bu gün ölkəmizin turizm potensialı get-gedə reallaşmağa başlayıb. İldən-ilə turistlərin sayı artmaqdadır. Bu daxili sabitlik və iqtisadi islahatlardan irəli gəlir. Biz sözümüzün üstündə duran dövlətik.

Bəzi insanlar düşünə bilər ki, TANAP layihəsi baş tutmayacaq. Amma dövlət başçısı bunu həyata keçirdi. Bu gün Rusiya bizim strateji qonşumuzdur və bizim çox ciddi əlaqələrimiz var.Azərbaycanın Rusiya ilə münasibətləri inkişaf etdirməsi, Prezidentin bu ölkəyə səfəri, ölkə rəhbərimizə olan diqqət və ehtiram ondan xəbər verir ki, artıq İlham Əliyev dünya liderləri sırasındadır. Xorvatiya Şərqi və Qərbi Avropanı birləşdirən bir ölkədir. Bizim onlarla çox ciddi əlaqələrimiz var. Onlar da TANAP layihəsinə qoşulmaq istəyirlər. Bütün bunlar hamısı şəxsən Prezidentin aparmış olduğu düzgün xarici siyasətin məntiqi nəticəsidir”.

Digər xəbərlər