Xəbərlər

  • 4 344

Millətlər Liqasında ikinci tur yekunlaşıb - NƏTİCƏLƏR

image

Bu gün UEFA Millətlər Liqasında II turun oyunlarına yekun vurulub. SİA-nın məlumatına görə, üçüncü oyun günündə 4 liqada 7 qarşılaşma oynanılıb.Günün mərkəzi oyununda İspaniya öz meydanında son dünya çempionatının finalçısı Xorvatiyanı qəbul edib. Rəqibinə şans verməyən ispanlar 6 cavabsız qolla 3 xala sahib çıxıblar.

A liqasındakı digər görüşdə Belçika səfərdə İslandiyanı üstələyib.Azərbaycan millisinin yer aldığı D Liqasının II qrupunda Moldova doğma meydanda Belarusla qarşılaşıb. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Lüksemburq isə səfərdə San Marinodan üstün olub.
A Liqası
II qrup
İslandiya - Belçika 0:3
Qollar: Hazard, 29, Lukaku, 31; 81
IV qrup
İspaniya - Xorvatiya 6:0
Qollar: Saul, 24, Asensio, 33, Kaliniç, 35-avtoqol, Rodriqo, 49, Ramos. 57, İsko, 70
B Liqası
III qrup
Bosniya və Herseqovina - Avstriya 1:0
Qol: Dzeko, 78

C Liqası
II qrup
Finlandiya - Estoniya 1:0
Qol: Pukki, 12
Macarıstan Yunanıstan 2:1
Qollar: Sallai, 15 (1:0), Manolas, 18 (1:1), Kleinheisler, 43 (2:1)
D Liqası
II qrup
Moldova - Belarus 0:0
San Marino - Lüksemburq 0:3
Qollar: Chanot, 9, Joachim, 45+1, Sinani, 52

sia.az

Digər xəbərlər