"İnter" öz meydanında "Milan"ı məğlub edib

Futbol üzrə İtaliya çempionatının IX turunda "İnter" öz meydanında"Milan"ı qəbul edib. "San-Siro"da baş tutan görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın yeganə qolunu 90+2-ci dəqiqədə argentinalı forvard Mario İkardi vurub.Hazırda "İnter" 19 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb, "Milan" isə (12) 12-cidir.

İtaliya – A Seriyası. 9-cu tur
"İnter" – "Milan" -1:0
Qol: 1:0 – İkardi – 90+2

sia.az