Xəbərlər

  • 4 611

Aleksandr Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

image

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu il ərzində Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi üç dəfə artıb. AZƏRTAC-ın BELTA-ya istinadən verdiyi məlumata görə, bu fikri Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşündə söyləyib.

A.Lukaşenko qeyd edib ki, bu, çox yaxşı bir artımdır. Eyni zamanda, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişafı üçün potensial daha böyükdür. Belarus Prezidenti, həmçinin humanitar sahədə Belarus-Azərbaycan əməkdaşlığına, xüsusən də təhsil əlaqələrinə diqqət yetirib. Bildirib ki, Belarusda 500-ə yaxın azərbaycanlı təhsil alır. “Bizim qapılar Azərbaycan üçün açıqdır”,-deyə Prezident əlavə edib.

Digər xəbərlər