Xəbərlər

  • 4 349

“Azəryol” Türkiyə klubuna qalib gəlib

image

“Azəryol” həndbol klubu qadınlar arasında Avropa Həndbol Federasiyasının “Challenge Cup” (Çağırış kuboku) turniri çərçivəsində “Ankara Yenimahalle BSK” komandasına qalib gəlib. SİA-nın məlumatına görə, gərgin idman mübarizəsi şəraitində keçən matçın birinci hissəsi 17:17 hesabı ilə başa çaıb. İkinci hissədə daha üstün oyun nümayiş etdirən “Azəryol” rəqibini 30:29 hesabı ilə məğlub edib.Ankaranın THF İdman Kompleksində keçirilmiş ilk qarşılaşmanı Şerif Xhema və Besfort Yahyadan ibarət kosovolu hakimlər briqadası idarə edib. EHF nümayəndəsi kimi isə gürcüstanlı Levan Gelaşvili fəaliyyət göstərib.Cavab oyunu noyabrın 18-da Ankarada keçiriləcək.

sia.az

Digər xəbərlər