Xəbərlər

  • 3 417

UEFA Millətlər Liqasının 6-cı turunda növbəti oyunlar keçirilib

image

Noyabrın 19-da UEFA Millətlər Liqasının 6-cı turunda növbəti oyunlar keçirilib. SİA-nın məlumatına görə, turun ikinci günündə 9 qarşılaşma olub.Turun mərkəzi qarşılaşması Almaniyada oynanılıb. A Liqasının 1-ci qrupunda Almaniya doğma meydanda Hollandiya ilə üz-üzə gəlib. Bundestim görüşün əvvəllərində iki qolla öndə olsa da, sonlara doğru qapısından eyni sayda top buraxaraq, qələbəni əldən verib. Bu heç-heçə nəticəsində Hollandiya qrup qalibinə çevrilib və pley-offa yüksəlib. Almaniya isə hələ ötən turdakı sonuncu yerin sahibi kimi B Liqasına enib.C Liqasının 3-cü qrupunda Bolqarıstan Sloveniya ilə heç-heçə edib - 1:1. Qolu "Xəzər Lənkəran"ın sabiq futbolçusu Qalin İvanov vurub.

Turun digər oyunlarında növbəti nəticələr qeydə alınıb:
A Liqası 1-ci qrup
Almaniya – Hollandiya - 2:2
B liqası 1-ci qrup
Çexiya – Slovakiya - 1:0
B liqası 4-cü qrup
Danimarka – İrlandiya - 0:0
C liqası 3-cü qrup
Bolqarıstan – Sloveniya - 1:1
Kipr – Norveç - 0:2
D liqası 1-ci qrup
Andorra – Latviya - 0:0
Gürcüstan – Qazaxıstan - 2:1
D liqası 4-cü qrup
Makedoniya - Cəbəllütariq - 4:0
Lixtenşteyn - Ermənistan - 2:2

sia.az

Digər xəbərlər