Xəbərlər

  • 3 531

Əli Əhmədov: “DOST şəffaflığın təmin edilməsində böyük rol oynayacaq”

image

Hər bir hökumətin həyata keçirdiyi siyasətin məğzi, mahiyyəti onun reallaşdırdığı sosial siyasətdə özünü biruzə verir. Ölkəmizdə bu siyasət uğurla həyata keçirilməkdədir”. SİA-nın xəbərinə görə, bunu Baş nazirin müavini Əli Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilən DOST-un təqdimat mərasimində çıxış edərkən deyib. Baş nazirin müavini bildirib ki, hər bir hökumətin əsas məqsədi əhalinin rifahının yaxşılaşdırılmasıdır: “Azərbaycan hökumətinin də məqsədi bundan ibarətdir. Bu məqsədlərə əhalinin yaxşı yaşaması, ehtiyacı olanlara yardım edilməsidir və heç kim qayğıdan kənarda qalmamağıdır. Bu mənada Azərbaycan hökuməti bu məqsədlərdən qaynaqlanan fəaliyyət həyata keçirir”.

Ə.Əhmədov söyləyib ki, Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görülən işlər ehtiyacı olanların qayğı ilə əhatə olunmasına xidmət edir: “Son vaxtlar nazirlikdə böyük islahatlar keçirilir. Güman edirəm ki, nazirlik bu işlərin öhdəsindən gələcək, islahatlar ardıcıllıqla reallaşacaq. Nazirlik sistemində geniş, əhatəli və bir neçə ili əhatə edəcək DOST insanlara daha yaxşı xidmətin təmin edilməsi məqsədi güdür. Hər bir cəmiyyətdə dövlətin qayğısına ehtiyacı olan insanlar var. Mən hesab edirəm ki, ölkəmizdə sözügedən nazirlik hökumətin hədəflərini müəyyənləşdirmək üçün bu layihəni düşünüb və bu layihəni layiqincə həyata keçəcək. Layihə sosial xidmətləri daha yaxşı göstərilməsinə nail olmaqla yanaşı şəffaflığın təmin edilməsində böyük rol oynacacaq”. Baş nazirin müavini qeyd edib ki, yaşlılar, pensiya alanlar, əlillər sosial xidmətləri asanlıqla əldə etməli, heç bir çətinlik çəkməməlidirlər: “Düşünürəm ki, bu xidmət Azərbaycanda və eləcə də kənarda populyarlaşan “ASAN Xidmət” in analoquna çevriləcək. Düşünürəm ki, vətəndaşlarımız bu xidmətdən də razı qalacaq, forma etibarı ilə insanlarımızın istəyinə uyğun olacaq”.

Digər xəbərlər