Xəbərlər

  • 4 095

Bu gün TPL-də 13-cü tura yekun vurulacaq

image

Bu gün Topaz Premyer Liqasında 13-cü tura yekun vurulacaq. SİA-nın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçiriləcək.Günün ilk matçında “Qəbələ” və “Zirə” komandaları üz-üzə gələcəklər. Dünən Qəbələdəki qatı duman səbəbindən təxirə salınan matç qaldığı yerdən - 58-ci dəqiqən etibarən davam etdiriləcək.Turun son oyunu isə paytaxtda olacaq. “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Keşlə”ni sınağa çəkəcək.

3 dekabr (bazar ertəsi)
Topaz Premyer Liqası, 13-cü tur
13:00 “Qəbələ” – “Zirə” - 0:0
Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Cəmil Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Qəbələ şəhər stadionu
19:00 “Qarabağ” – “Keşlə”
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Tofiq Bəhramov adına Respublika stadionu

sia.az

Digər xəbərlər