Xəbərlər

  • 4 546

Superliqada 14-cü tura yekun vurulub

image

Türkiyə Superliqasında 14-cü tura yekun vurulub. SİA-nın məlumatına görə, son oyun günündə iki qarşılaşma keçirilib. "Fənərbaxça" "Kasımpaşa"nı qəbul edib və bərabərə qalıb - 2:2. Digər görüşdə isə "Yeni Malatyaspor" "Akhisar"la heç-heçə edib - 1:1.

“Fənərbaxça” - “Kasımpaşa” 2:2
Qollar: Diagne, 22 (0:1), Noyştader, 44 (1:1), Cek, 45+2- avtoqol (2:1) - Diagne, 54 (2:2)
“Yeni Malatyaspor” - “Akhisar” 1:1
Qollar: Aleksiç, 41 (1:0), Bokila, 80 (1:1)
Qeyd edək ki, turnir cədvəlinə 30 xalla "Başakşəhər" başçılıq edir."Kasımpaşa" 26 xalla 2-ci, "Beşiktaş" və "Qalatasaray" hərəyə 24 xalla 3-4-cü pillələri bölüşdürür. "Fənərbaxça" isə 14 xalla 15-cidir.

sia.az

Digər xəbərlər