Xəbərlər

  • 3 477

Bundesliqada 14-cü tura yekun vurulub

image

Almaniya Bundesliqasında 14-cü tura yekun vurulub. SİA-nın məlumatına görə, son oyun günündə 2 qarşılaşma baş tutub. Günün ilk görüşündə "Hannover" səfərdə "Maynts"ın qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Qonaqların heyətində 12-ci dəqiqədə Hendrik Veydant fərqlənib. Meydan sahiblərinin qolunu isə 88-ci dəqiqədə penaltidən Daniel Brosinski vurub.Turun son oyunu isə bolqollu olub. Doğma meydanda "Ştutqart"ı qəbul edən "Borussiya" rəqibin qapısından 3 cavabsız qol keçirib. Münhenqladbax təmsilçisinin heyətində ilk iki qolu Rafael (69) və Florian Nefaus (77) vurublar. 3-cü qolu isə 84-cü dəqiqədə qonaqların müdafiəçisi Benjamin Pavar öz qapısından keçirib."Borussiya" bu qələbədən sonra 29 xalla 2-ci pilləyə yüksəlib. Turnir cədvəlinə isə 36 xalı olan Dortmund "Borussiya"sı başçılıq edir. Son çempion "Bavariya" isə 27 xalla 3-cüdür.

sia.az

Digər xəbərlər