Xəbərlər

  • 3 941

Ağır atletimiz Qahirədə gümüş medal qazanıb

image

Misirin paytaxtı Qahirədə keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının 5-ci ağır atletika çempionatı başa çatıb. Azərbaycan Ağır Atletika Federasiyasından SİA-ya bildiriblər ki, "Tokio-2020" Olimpiya Oyunlarına lisenziya xarakterli olan yarışda ağır atletika üzrə Azərbaycan yığma komandasının 3 üzvü iştirak edib.96 kq çəki dərəcəsində körpücük üzərinə iki atletimiz çxıb. Nailxan Nəbiyev toplam 333 kq (146+187) nəticə ilə 6-cı, Kamran İsmayılov isə 325 kq (145+180) nəticə ilə 8-ci yeri tutub.102 kq çəki dərəcəsində isə ölkəmizi Əliş Nəzərov təmsil edib. O, fəxri kürsüyə qalxmağı bacarıb. Nəzərov 309 kq (142+167) nəticə ilə gümüş medala sahib çıxıb.

sia.az

Digər xəbərlər