Xəbərlər

  • 4 150

Bundesliqada 16-cı tura start verilib - NƏTİCƏLƏR

image

Almaniya Bundesliqasında 16-cı tura start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Çempionatın lideri “Borussiya” bu tur mövsümdə ilk dəfə məğlubiyyətlə üzləşib. Buna qədər 12 qələbə qazanıb, 3 dəfə heç-heçə edən Dortmund təmsilçisi səfərdə “Fortuna”ya 1:2 hesabı ilə uduzub.Onların ən yaxın izləyicisi Münhenqladbax “Borussiya”sı isə turu qələbə ilə başa vurub. Bu komanda evdə “Nürnberq”in qapısından 2 cavabsız top keçirib.

“Herta” – “Auqsburq” oyununda qalib müəyyənləşməyib – 2:2. “Volfsburq” isə autsayder “Ştutqart”ı 2:0 hesabı ilə məğlub edib.
Tura bu gün keçiriləcək 5 oyunla yekun vurulacaq.
Qeyd edək ki, turnir cədvəlinə 39 xalla “Borussiya” (Dortmund) başçılıq edir. Liderdən 6 al az toplayan Münhenqladbax “Borussiya”sı 2-cidir. Üçüncü sırada isə 30 xalla “Bavariya” yer alır.
Almaniya bundesliqası, 16-cı tur
18 dekabr
“Borussiya” (Münhenqladbax) – “Nürnberq” 2:0
Qollar: Torqan Hazard, 47 (1:0), Alassan Plea, 86 (2:0)
“Fortuna” – “Borussiya” (Dortmund) 2:1
Qollar: Dodi Lukebakio, 22 (1:0), Can Simmer, 56 (2:0), Pako Alkaser, 81 (2:1)
“Herta” – “Auqsburq” 2:2
Qollar: Martin Hintereqer, 8 (0:1), Mettyu Leki, 28 (1:1), Ondrey Duda, 31 (2:1), Ku Ca Çhol, 39 (2:2)
“Volfsburq” – “Auqsburq” 2:0
Qollar: Jozua Qilavoqi, 24 (1:0), Vaut Veqhorst, 50 (2:0)

19 dekabr

"Şalke" - "Bayer"
"Maynts" - "Ayntraxt"
"Bavariya" - "Leyptsiq"
"Frayburq" - "Hannover"
"Verder" - "Hoffenhaym"

sia.az

Digər xəbərlər