Xəbərlər

  • 4 139

Pol Poqba ayın ən yaxşı futbolçusu seçilib

image

"Mançester Yunayted"də dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. SİA-nın məlumatına görə, azarkeşlər arasında keçirilən sorğunun nəticələrinə əsasən, "mankunyanlar"ın yarımmüdafiəçisi Pol Poqba bütün rəqiblərini qabaqlayıb. Səslərin 66 faizini toplayan fransalı oyunçu Markus Reşford (28 faiz) və Cessi Linqardı (6 faiz) geridə qoyub.Qeyd edək ki, dekabr ayında keçirdiyi 6 oyundan beşində meydana start heyətində çıxan Poqba 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

sia.az

Digər xəbərlər