Xəbərlər

  • 3 566

Baş nazirin müavini məcburi köçkünlərə baş çəkib

image

Yanvarın 3-də gecə Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın nəticəsində 18 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış sahəsi yararsız vəziyyətə düşüb. SİA-nın verdiyi məlumata görə, Baş nazirin müavini Əli Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xətai rayon icra hakiminin vəzifələrini müvəqqəti icra edən Rafiq Quliyev, komitənin və icra hakimiyyətinin məsul əməkdaşları hadisə yerində olub, yaranmış problemin həlli üçün birlikdə müvafiq tədbirlər görüblər.

Yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb. 17-si Füzuli, biri Laçın rayonundan olmaqla, 18 məcburi köçkün ailəsi artıq müvəqqəti mənzillərdə yerləşdirilib. Həmin ailələr dövlət tərəfindən mənzillə təmin edilənə qədər orada yaşayacaqlar. Hazırda FHN-in mütəxəssisləri tərəfindən yanğının başvermə səbəbləri araşdırılır. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq. Xatırladaq ki, yanvarın 3-də Bakı şəhərinin Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı, ümumi sahəsi 1020 m2 olan ikimərtəbəli, 11 otaq və klubdan ibarət yataqxana binasının (1933-cü ildə inşa olunub) dam örtüyünün (taxta atmalar) yanar konstruksiyaları 500 m2 sahədə və klubun yanar konstruksiyaları 190 m2 sahədə (ümumi 690 kv.m) yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Ceyhun Rasimoğlu

Digər xəbərlər