Xəbərlər

  • 4 770

"Mançester Siti" "Liverpul"u məğlub edib

image

Bu gecə İngiltərə Premyer Liqasında vacib oyun keçirilib. SİA-nın məlumatına görə, 21-ci turun son görüşündə çempionluğa əsas iddialı iki komanda - "Mançester Siti" və "Liverpul" klubları üz-üzə gəlib. Matç Pep Qvariolanın komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.Bu qələbə sayəsində meydan sahibləri turnir cədvəlində həm 2-ci sıraya yüksəlib, həm də lider "Liverpul"la xal fərqini 4-ə endirib. Yurgen Kloppun komandası isə bu mövsüm ölkə çempionatında ilk dəfə məğlub olub."Mançester Siti" - "Liverpul" 2:1

Qollar: Serxio Aquero, 40 (1:0), Roberto Firmino, 64 (1:1), Leroy Sane, 72 (2:1)

sia.az

Digər xəbərlər