Xəbərlər

  • 4 083

“Bavariya” 22 yaşlı fransalı futbolçunuj heyətinə qatıb

image

Almaniyanın “Bavariya” futbol klubu fransalı müdafiəçi Benjamin Pavarı heyətinə qatıb. Alman klubunun saytında yer alan xəbərə görə, 22 yaşlı müdafiəçi Münxen təmsilçisinə azad agent statusunda transfer olunub. Bunu klubun prezidenti Həsən Səlhəmidiç Dohada keçirilən təlim-məşq toplanışı zamanı mətbuat konfransında bildirib. Qeyd edib ki, Pavar ilə beşillik müqavilə bağlanılıb. Futbolçu 2019-cu ilin yayında komandaya qoşulacaq.Müdafiəçi cari mövsümdə “Ştutqart”ın heyətində 14 oyun keçirib. Pavar Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında Fransa millisinin heyətində dünya çempionu olub. O, milli komandada 18 oyunda 1 qol vurub.

sia.az

Digər xəbərlər