Xəbərlər

  • 3 957

"İnter"in kapitanı klubunu dəyişəcək

image

"İnter"in kapitanı Mauro İkardi növbəti dəfə yeni müqavilə təklifini geri çevirib. SİA-nın xəbərinə görə, bu barədə məlumatı futbolçunun menecerliyini edən həyat yoldaşı Vanda Nara verib.O, buna səbəb kimi maliyyə problemini göstərib. Belə ki, Argentina millisinin üzvü ildə 8 milyon avro maaş istəyib. Ancaq milanlılar 7 milyondan yuxarı məvacib vermək fikrində deyil. Bu səbəbdən İkardi ən geci yayda klubunu dəyişməyi düşünür. Onun xidmətində "Real" və "Çelsi" başda olmaqla, bir neçə Avropa nəhəngi maraqlıdır.Qeyd edək ki, Mauro İkardinin "İnter"lə olan müqaviləsinin müddəti 2021-ci ilə qədərdir.

sia.az

Digər xəbərlər