Xəbərlər

  • 3 696

Ronaldo "Yuventus"a İtaliya Superkubokunu qazandırdı!

image

Futbol üzrə İtaliya Superkubokunun sahibi müəyyənləşib. Həlledici qarşılaşmada "Yuventus" və "Milan" klubları üz-üzə gəlib. Birləşmiş Ərəb Əmirliklərində keçirilən görüş Turin klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Kriştiano Ronaldo vurub. Qeyd edək ki, A Seriyasının son qalibi olan "Yuventus" ötən mövsüm ölkə kubokunu da qazandığı üçün Superkubok uğrunda matçda məhz finalda məğlub etdiyi Milan təmsilçisi ilə qarşılaşıb.

16 yanvar

İtaliya Superkuboku

"Yuventus" - "Milan" - 1:0
Qol: Kriştiano Ronaldo, 81

sia.az

Digər xəbərlər