Xəbərlər

  • 3 536

Güləş üzrə zona birincilikləri keçiriləcək

image

Yanvarın son 10 günündə güləş üzrə yeniyetmələr arasında zona birincilikləri keçiriləcək. SİA-nın məlumatına görə, fevralda təşkil olunacaq Azərbaycan çempionatına seçim xarakteri daşıyan yarışlar beş məkanda baş tutacaq. Belə ki, yanvarın 22-23-də Sabirabadda, yanvarın 24-25-də Sumqayıtda, yanvarın 26-27-də Yevlaxda, yanvarın 29-30-da isə Gəncədə yeniyetmələr arasında yarışlar təşkil ediləcək.Bakı çempionatı isə yanvarın 22-dən 26-dək davam edəcək. Bu yarışda paytaxtın gənc güləşçiləri də qüvvələrini sınayacaqlar.

sia.az

Digər xəbərlər