A Seriyasında 22-ci turun 5 oyunu keçirilib - NƏTİCƏLƏR

İtaliya A Seriyasında 22-ci turun daha 5 oyunu keçirilib. SİA-nın məlumatına görə, ilk 3-lükdə qərarlaşan "İnter" doğma meydanda məğlubiyyətlə üzləşib. Luçano Spalettinin komandası autsayder "Bolonya"ya uduzub.Turun mərkəzi oyununda isə "Roma" və "Milan" klubları üz-üzə gəliblər. Görüşdə hesabı qonaqlar açsalar da, payaxt təmsilçisi ikinci hissənin əvvəlində tarazlığı bərpa edə bilib. Görüş 1:1 hesabı ilə başa çatıb.Qeyd edək ki, 22 turdan sonra "Milan" 36-xalla 4-cü, 1 xal az toplayan "Roma" isə 5-cidir. Turnir cədvəlinə isə 60 xalla "Yuventus" başçılıq edir. "Qoca sinyora"dan 9 xal geri qalan "Napoli" 2-ci, 40 xalı olan "İnter" isə 3-cü sırada qərarlaşıb.

İtaliya A Seriyası, 22-ci tur
3 fvral
SPAL - "Torino" - 0:0

"Cenoa" - "Sassuolo" - 1:1
Qollar: F. Dyuriçiç, 28 (0:1), A. Sanabria, 41

"Udineze" - "Fiorentina" - 1:1
Qollar: Y. Larsen, 56 (1:0), E. Fernandes, 65 (1:1)

"İnter" - "Bolonya" - 1:1
Qollar: F. Santander, 32

"Roma" - "Milan" - 1:1
Qollar: K. Piontek, 26 (0:1), N. Zaniolo, 46 (1:1)