Xəbərlər

  • 3 773

La Liqada 22-ci turun 4 oyunu keçirilib - NƏTİCƏLƏR

image

İspaniya La Liqasında 22-ci turun 4 oyunu keçirilib. SİA-nın məlumatına görə, çempionluğa iddialılardan "Atletiko" gözlənilməz məğlubiyyətlə üzləşib. Madrid klubu səfərdə "Betis"ə minimal hesabla uduzub.Santyaqo Solarinin gəlişindən sonra yavaş-yavaş öz oyununu tapmağa başlayan "Real" isə inamlı qələbə qazanıb. "Kral klubu" doğma "Santyaqo Bernabeu"da "Alaves" komandasını 3:0 hesabı ilə məğlub edib.Tura bu gün keçiriləcək "Rayo Valyekano" - "Leqanes" matçı ilə yekun vurulacaq.Qeyd edək ki, 22 oyundan sonra 44 xal toplayan "Atletiko" 2-ci, 42 xalı olan "Real" 3-cüdür. Turnir cədvəlinin zirvəsində isə 50 xalla "Barselona" yer alır.

İspaniya La Liqası, 22-ci tur
3 fevral
"Vilyarreal" - "Espanyol" - 2:2
Qollar: V. İborra, 37, (1:0), S. Kasorla, 65-pen (2:0), D. Bonera, 75(2:1), R. Rosales, 81 (2:2)

"Betis" - "Atletiko" - 1:0
Qol: S. Kanales, 65-pen

"Eybar" - "Jirona" - 3:0
Qollar: R. Penya, 37 (1:0), Çarles, 46 (2:0), 57-pen (3:0)

"Real" - "Alaves" - 3:0
Qollar: K. Benzema, 30 (1:0), V. Junior, 80 (2:0), M. Dias, 90 (3:0)

sia.az

Digər xəbərlər