Xəbərlər

  • 3 960

"El-Klassiko"da qapılara 2 qol vurulub

image

İspaniyada 2019-cu ilin ilk "El-Klassiko"su keçirilib. SİA-nın məlumatına görə, əzəli rəqiblər - "Barselona" və "Real" klubları bu dəfə Kral kubokunda üz-üzə gəlib.Komandaların yarımfinal mərhələsindəki ilk görüşü "Nou-Kamp"da olub. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

"Barselona" - "Real" 1:1
Qollar: Lukas Vaskes, 6 (0:1), Malkom, 57 (1:1)

Qeyd edək ki, komandalar arasnda cavab matçı fevralın 27-də keçiriləcək.

sia.az

Digər xəbərlər