Bakıda Braziliya ciu-citsusu üzrə açıq beynəlxalq çempionat keçiriləcək

Fevralın 9-10-da Hövsan Olimpiya İdman Kompleksində Braziliya ciu-citsusu üzrə açıq beynəlxalq çempionat təşkil olunacaq. Turnir Azərbaycan Ciu-Citsu Federasiyasının və Beynəlxalq Braziliya Ciu-Citsu Təşkilatının (JSJ) birgə təşəbbüsü ilə keçiriləcək.SİA-nın məlumatına görə, Azərbaycan Ciu-Citsu Federasiyasından bildiriblər ki, beynəlxalq turnirdə ölkəmizin idmançıları ilə yanaşı, Rusiya, Türkiyə, İran, Gürcüstan və Qırğızıstandan 200-ə yaxın atlet uşaqlar, yeniyetmələr, gənclər və kişilər yaş qruplarında güclərini sınayacaqlar.Turnirin açılışı fevralın 10-da olacaq.

sia.az