Xəbərlər

  • 3 991

“Roma” “Porto”nu, PSJ “Mançester Yunayted”i məğlub edib

image

Bu gecə Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib. "Roma" İtaliyada "Porto" ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. Eyni vaxtda start götürən digər görüşdə isə PSJ "Mançester Yunayted"in qonağı olub. İkinci hissədə 2 qol vuran fransızlar Parisə sərfəli nəticə ilə dönüblər. Bu, eyni zamanda "qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşerin Mançester təmsilçisinin sükanı arxasında ilk məğlubiyyəti olub.Qeyd edək ki, komandalar arasında cavab oyunları martın 7-də keçiriləcək.Onu da əlavə edək ki, bu mərhələdən etibarən ÇL-də VAR (videotəkrar) sistemindən istifadə olunmağa başlanılıb.

Çempionlar Liqası, 1/8 finalın ilk oyunları
12 fevral
00:00. “Roma” (İtaliya) - “Porto” (Portuqaliya) - 2:1
Qollar: N. Zaniolo, 70 (1:0), 77 (2:0), A. Lopez, 79 (2:1)

00:00. “Mançester Yunayted” (İngiltərə) - PSJ (Fransa) - 0:2
Qollar: P. Kimpembe, 53 (0:1), K. Mbappe, 60 (0:2)
Qırmızı vərəqə: Pol Poqba, 90

13 fevral
00:00. “Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)

00:00. “Ayaks” (Hollandiya) – “Real” (İspaniya)

sia.az

Digər xəbərlər