Xəbərlər

  • 3 925

A Seriyasında 6 oyunda 15 qol

image

Futbol üzrə İtaliya A Seriyasının 24-cü turunda daha 6 oyun keçirilib. SİA-nın məlumatına görə, "Fiorentina" SPAL, "Empoli" "Sassuolo" üzərində böyükhesablı qələbə qazanıb. Bundan başqa, "Cenoa" "Latsio"nu, "Udineze" "Kyevo"nu, "İnter" isə "Sampdoriya"nı məğlub edib. Günün son oyununda "Napoli" "Torino"nun qonağı olub. Neapollular 90 dəqiqə ərzində rəqibin müqavimətini qıra bilməyib - 0:0.Tura bu gün keçiriləcək "Roma" - "Bolonya" oyunu ilə yekun vurulacaq.Qeyd edək ki, A Seriyasında turnir cədvəlinə 66 xalla "Yuventus" başçılıq edir. "Napoli" 53 xalla 2-ci, "İnter" 46 xalla 3-cüdür. Dördüncü sıradakı "Milan"ın isə 43 xalı var. Bir oyun az keçirən "Roma" 38 xalla 5-cidir.

İtaliya A Seriyası, 24-cü tur
17 fevral

SPAL - "Fiorentina" 1:4
Qollar: A. Petanya, 36 (1:0), E. Fernandes, 44 (1:1), C. Veretut, 79-pen. (1:2), C. Simeone, 80 (1:3), Gerson, 88 (1:4)

"Empoli" - "Sassuolo" 3:0
Qollar: R. Kruniç, 34 (1:0), A. Akua, 37 (2:0), D. Farias, 60 (3:0)

"Cenoa" - "Latsio" 2:1
Qollar: M. Badely, 44 (0:1), A. Sanabria, 75 (1:1), D. Krişito, 90

"Udineze" - "Kyevo" 1:0
Qol: L. Teodorşik, 85

"İnter" - "Sampdoriya" 2:1
Qollar: D. D`Ambrozio, 73 (1:0), M. Qabbiadini, 75 (1:1), R. Naynqqolan, 78 (2:1)

"Napoli" - "Torino" 0:0

18 fevral

"Roma" - "Bolonya"

sia.az

Digər xəbərlər