Xəbərlər

  • 3 191

YAP-ın qərargahında türkiyəli parlamentarilərlə görüş keçirilib

image

Dünən Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında Türkiyə Respublikası Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov, millət vəkilləri Səyavuş Novruzov, Məlahət İbrahimqızı, Əhliman Əmiraslanov, Şəmsəddin Hacıyev, Ağalar Vəliyev iştirak edib.

Türkiyə tərəfdən isə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, səfirliyin əməkdaşı, TBMM-nin üzvləri - Dostluq qrupunun rəhbəri, İstanbuldan seçilmiş deputat Şamil Ayrım, Dostluq qrupu rəhbərinin müavini, Konya deputatı Orhan Ərdəm, qrupun üzvləri - Ərzurum deputatı İbrahim Aydəmir, Kars deputatı Yunus Kılıç, Qaziantep deputatı Məhmət Ərdoğan, Iğdır deputatı Yaşar Karadağ və TBMM-nin əməkdaşı Türker Yenər iştirak ediblər.

Görüşdə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib ki, Türkiyə və Azərbaycanın həyata keçirdiyi birgə iqtisadi layihələr iki ölkənin qardaşlığını daha da gücləndirir. Türkiyə Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkədir: “Türkiyədən gələn hər bir qonaq Azərbaycan üçün əzizdir. Eyni hissləri biz Türkiyəyə gedəndə yaşayırıq. Türkiyə-Azərbaycan dostluğunun əsası Heydər Əliyevin zamanında qoyulub”.

Baş nazirin müavini qeyd edib ki, hazırda Türkiyə dünyanın ən güclü ölkələrindən birinə çevrilib: “Biz bundan qürur duyuruq. Türkiyə ilə yanaşı Azərbaycan da güclənir. İki ölkənin gücü onların möhtəşəmliyini daha da artırır. Güman edirəm ki, Türkiyə də Azərbaycanın inkişafından qürur duyur. Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin qarşısını almaq mümkün olmayacaq”. Ə.Əhmədov Türkiyədən daha çox vətəndaşların Azərbaycana səfər etmək istədiklərini də açıqlayıb. O bildirib ki, yerləşdiyi regionda narahatlıqlar olsa da, Türkiyə öz əhalisinin sabit durumda yaşamasını təmin edir.

İcra katibi əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Tükiyənin göstərdiyi səylər ən böyük dəstəkdir. Görüşdə Türkiyə-Azərbaycan münasibətlərinin əhəmiyyəti qeyd edilib.

Ceyhun Rasimoğlu

Digər xəbərlər