Xəbərlər

  • 5 466

Bundesliqada 24-cü turun oyunları başa çatıb NƏTİCƏLƏR

image

Almaniya Bundesliqasında 24-cü tura yekun vurulub. SİA-nın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçirilib. Autsayderlər qrupunda qərarlaşan "Ştutqart" və "Hannover" komandalarının oyununda qapılara 6 top vurulub. "Volfsburq" isə öz meydanında "Verder"lə heç-heçə oynayıb - 1:1.Qeyd edək ki, bu nəticələrdən sonra "Volfsburq" 39 xalla 6-cı, "Verder" 33 xalla 10-cu, "Ştutqart" 19 xalla 16-cı, "Hannover" 14 xalla 17-cidir. Turnir cədvəlinə isə 54 xalla "Borussiya" başçılıq edir. Dortmundlularla eyni xala sahib "Bavariya" 2-ci, 45 xalı olan "Leyptsiq" isə 3-cü pillədə qərarlaşıb.

Almaniya Bundesliqası, 24-cü tur
3 mart (bazar)

"Ştutqart" - "Hannover" - 5:1
Qollar: M. Qomez, 4 (1:0), O. Kabak, 16 (2:0), 45 (3:0), Conatas, 68 (3:1), S. Tsuber, 78 (4:1), 81 (5:1)

"Volfsburq" - "Verder" - 1:1
Qollar: C. Bruks, 54 (1:0), M Kruze, 74 (1:1)

sia.az

Digər xəbərlər