Xəbərlər

  • 3 855

Sumoçumuz ümumdünya etno festivalında bürünc medal qazanıb

image

Azərbaycan sumoçusu Camal Feyziyev Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ümumdünya etno festivalında bürünc medal qazanıb. SİA-nın məlumatına görə, Azərbaycan Sumo Federasiyasından bildiriblər ki, 18 yaşlı idmançımız mas-reslinq üzrə mütləq dünya çempionatında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Çempionatda 42 ölkənin hər biridən bir idmançı iştirak edib. C.Feyziyev 42 idmançı arasında ən gənc olmasına baxmayaraq, ilk görüşdə Polşa, sonra Danimarka, Kanada, Çexiya idmançıları üzərində qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. Yarımfinalda isə idmançımız Ukrayna təmsilçisinə məğlub olub. Bürünc medal uğrunda yarışda isə Qırğızıstan idmançısına qalib gələn təmsilçimiz bürünc medala layiq görülüb.İdmançılarımız martın 11-də qol güləşi, martın 12-də isə kəmər güləşi üzrə yarışlarda mübarizə aparacaqlar. Görüşlərin idarə olunmasında ölkəmizi Məmmədvəli Mustafayev, Rəsul Həsənov və Fikrət Məlikov təmsil edirlər.Yarışlara 90 ölkədən 3 mindən çox idmançı qatılıb. Çempionatda azərbaycanlı sumoçular mütləq çəki dərəcələrində mas-reslinq və ənənəvi güləş yarışlarında mübarizə aparırlar.

sia.az

Digər xəbərlər