Xəbərlər

  • 4 042

"Liverpul" və "Barselona" 1/4 finalda

image

Fitbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. SİA-nın məlumatına görə, keçirilən iki oyunla sonuncu 1/4 finalçılar da müəyyənləşib.

“Barselona” öz meydanında “Lion”u, “Bavariya” isə “Liverpul”u qəbul edib. Komandalar arasında keçirilən ilk oyunlarda qolsuz bərabərlik qeydə alındığından şanslar bərabər qiymətləndirilirdi. "Liverpul" səfər, "Barselona" isə ev qələbəsi sayəsində növbəti mərhələyə yüksəlib.Xatırladaq ki, bundan əvvəl "Mançester Yunayted", "Ayaks", "Tottenhem", "Portu", "Yuventus" və "Mançester Siti" 1/4 finala vəsiqə qazanıblar.
Çempionlar Liqası
1/8 finalın cavab oyunları
13 mart

00:00. "Barselona" - "Lion" - 5:1
Qollar: L. Messi, 18-penalti (1:0), 78(3:1), F. Koutinyo, 31 (2:0), L. Tusar, 59 (2:1), J. Pike, 81 (4:1), U. Dembele, 86 (5:1)
İlk oyun - 0:0
00:00. "Bavariya" - "Liverpul" - 1:3
Qollar: S. Mane, 26 (0:1), 84 (1:3), J. Matib, 38-avtoqol (1:1), V. van Deyk, 69 (1:2)
İlk oyun - 0:0

sia.az

Digər xəbərlər