Xəbərlər

  • 4 922

Teymur Rəcəbov reytinqdə irəliləyib

image

Beynəlxalq Şahmat Federasiyası (FİDE) aprel üçün reytinq siyahısını açıqlayıb. SİA-nın məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun mövqeyi yenə dəyişməyib. Hazırda 2793 xalla 5-ci pillədə olan 33 yaşlı şahmatçı lider norveçli dünya çempionu Maqnus Karlsendən 52, ikinci yerdəki amerikalı Fabiano Karuanadan 26, 3-cü sıradakı çinli Dinq Lirendən 16, 4-cü mövqedəki hindistanlı Aniş Giridən 4 xal geri qalır.Teymur Rəcəbov isə 1 pillə irəliləyib. 2756 xala malik Rəcəbov hazırda 12-cidir. Daha 7 pillə geriləyən Arkadi Naydiç 2695 xalla 42-cidir. 2654 xalı olan Qədir Hüseynov isə 15 pillə geriləyib və hazırda 97-ci yerdədir.Rauf Məmmədov və Eltac Səfərli isə "100-lüy"ü tərk edib.Qadınlardan 1 pillə geriləyən Günay Məmmədzadə 2438 xalla 40-cıdır. Xanım Balacayeva isə “100-lüy”ü tərk edib

sia.az

Digər xəbərlər