Xəbərlər

  • 3 505

"Yuventus" qələbə qazanıb, "Milan" heç-heçə edib

image

İtaliya A Seriyasında 30-cu turun açılış oyununda "Milan" doğma azarkeşləri önündə "Udineze"ni qəbul edib. SİA-nın məlumatına görə, görüşdə hesabı meydan sahibləri açsalar da, üstünlüklərini qoruyub saxlaya bilməyiblər. Qonaqlar 64-cü dəqiqədə tarazlığı bərpa ediblər. Matç 1:1 hesabı ilə başa çatıb.

Günün ikinci oyununda isə çempionluğa ən real namizəd "Yuventus" səfərdə "Kalyari"ni 2 cavabsız qolla məğlub edib.Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 81-ə çatdıran "Yuventus" liderliyini bir qədər də möhkəmlədib. Hazırda Turin klubunu ən yaxın izləyicisi "Napoli"dən 18 xal ayırır. "Milan" isə 52 xalla 4-cüdür. 13-cü sıradakı "Kalyari"nin 33, 15-ci "Udineze"nin isə 29 xalı var.
2 aprel

"Milan" - "Udineze" 1:1
Qollar: K. Pyontek, 44 (1:0), K.Lazanya, 65 (1:1)

"Kalyari" - "Yuventus" 0:2
Qollar: L.Bonuççi, 22 (0:1), M. Kin, 85 (0:2)

sia.az

Digər xəbərlər