Xəbərlər

  • 8 320

Hacı Əliyev erməni güləşçini məğlub etdi - Avropa çempionatı

image

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb. SİA-nın məlumatına görə, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıblar.Azərbaycan idmançılarından 57 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev ilk görüşündə bolqarıstanlı güləşçi Hüseyn Şaxbanova qalib gəlib (7:2). İdmançımız 1/8 finalda Ermənistan güləşçisi Vazgen Tevanyanı məğlub edib (1:0) və 1/4 finala vəsiqə qazanıb. H.Əliyev növbəti mərhələdə rusiyalı Naçin Kularla qarşılaşacaq.70 kq çəkidə yarışan Ağahüseyn Mustafayev isə ilk görüşündə Rusiya təmsilçisi Məhəmmədrəsul Qazıməhəmmədovdan üstün olub (5:3). O, 1/4 finalda Ermənistan idmançısı Devid Safaryanla qarşılaşacaq.79 kq çəkidə mübarizə aparan Cəbrayıl Həsənov ilk qarşılaşmasında gürcüstanlı Nika Kentçadzeni məğlub edib (6:5). İdmançımız 1/4 finalda Almaniya güləşçisi Franko Mario Buettnerlə üz-üzə gələcək.97 kq çəkidə Nurməhəmməd Hacıyev ilk görüşündə rusiyalı Abdulrəşid Sadullayevə məğlub olub (0:3).

57 kq
1/8 final - Mahir Əmiraslanov - Aleksandru Kirtoaka (MDA)

65 kq
Təsnifat - Hacı Əliyev - Hüseyn Şaxbanov (BLR) 7:2
1/8 final - Hacı Əliyev - Vazgen Tevanyan (ARM) 1:0
1/4 final - Hacı Əliyev - Naçin Kular (RUS)

70 kq
Təsnifat - Ağahüseyn Mustafayev - Məhəmmədrəsul Qazıməhəmmədov (RUS) 5:3
1/4 final - Ağahüseyn Mustafayev - Devid Safaryan (ARM)

79 kq
Təsnifat - Cəbrayıl Həsənov - Nika Kentçadze (GEO) 6:5
1/4 final - Cəbrayıl Həsənov - Franko Mario Buettner (GER)

97 kq
1/8 final - Nurməhəmməd Hacıyev - Abdulrəşid Sadullayev (RUS) 0:3

sia.az

Digər xəbərlər