Xəbərlər

  • 4 013

"Bavariya"dan növbəti darmadağın!

image

Futbol üzrə Almaniya Bundesliqasında 29-cu tura yekun vurulub. Son oyun günündə 3 qarşılaşma keçirilib.Səfərdə "Fortuna"nın qonağı olan "Bavariya" inamlı qələbə qazanıb. Rəqibini 4:1 hesabı ilə məğlub edən Münhen təmsilçisi liderliyini qoruyub. Digər oyunlarda isə "Hoffenhaym" evdə "Herta"ya, "Auqsburq" isə səfərdə "Ayntraxt"a qalib gəlib.

14 aprel

"Hoffenhaym" - "Herta" - 2:0

Qollar: N. Amiri, 29 (1:0), R. Nelson, 66 (2:0)

"Fortuna" - "Bavariya" - 1:4

Qollar: K. Koman, 15 (0:1), 41 (0:2), S. Qnabri, 55, (0:3), D. Lukebakio, 89 (1:3), L. Qoretska, 90 (1:4)

"Ayntraxt" - "Auqsburq" - 1:3

Qollar: Q. Patiensia, 14 (1:0), M. Ritçer, 31 (1:1), 45 (1:2), M. Qreqorits, 84 (1:3)

Qeyd edək ki, hazırda turnir cədvəlinə 67 xalla "Bavariya" başçılıq edir. 1 xal az toplayan Dortmund "Borussiya"sı 2-cidir. Üçüncü pillədəki "Leyptsiq"in 58, 4-cü "Ayntraxtın isə 52 xalı var.

sia.az

Digər xəbərlər