Çimərlik futbolu yığmamız Ukrayna millisinə məğlub olub

Bakıda seleksiya xarakterli təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, Ukrayna yığması ilə qarşılaşan millimiz 3:4 hesabı ilə məğlub olub. Komandamızın heyətində Asif Zeynalov, Sabir Allahquliyev və Comərd Baxşəliyev fərqlənib.

sia.az