Xəbər verdiyimiz kimi, portuqaliyalı futbolçu Kriştiano Ronaldonun komandası Çempionlar Liqasını tərk edib. SİA-nın məlumatına görə, Ronaldonun çıxış etdiyi "Yuventus" klubu 1/4 final mərhələsində 1:2 (iki görüşün cəmi üzrə 2:3) hesabı ilə "Ayaks"a uduzub.Qarşılaşmanın 28-ci dəqiqəsində hesabı K.Ronaldo açıb. Lakin "Yuventus" bu hesabı qoruya bilməyib. İlk qoldan 6 dəqiqə sonra Donni van de Beek hesabı bərabərləşdirib. Oyunun ikinci hissəsində kapitan Matteys De Liqt "Ayaks"ın qələbə qoluna imza atıb.Bununla da portuqaliyalı futbolçu karyerasında ilk dəfə komandası ilə Çempionlar Liqasının 1/4 final mərhələsində yarışı tərk edib.Daha əvvəl Ronaldo 2010/11-ci illər mövsümündən başlayaraq daim "Real Madrid"lə Çempionlar Liqasının yarımfinallarında oynayıb. Buna qədər isə portuqaliyalı 2006-cı ildən 2009-cu ilə qədər "Mançester Yunayted"lə üç dəfə ən güclülərin dördlüyünə çıxıb.
sia.az